Yenilik.Az
www.Yenilik.Az » Maqazin » Orxan Lökbatanlı Rəşad Dağlının oğlunun toyuna PUL SALMAYIB - VİDEO

Orxan Lökbatanlı Rəşad Dağlının oğlunun toyuna PUL SALMAYIB - VİDEO

Orxan Lökbatanlı Rəşad Dağlının oğlunun toyuna PUL SALMAYIB - VİDEO
2022-10-16 , 16:32

Meyxanaçı Orxan Lökbatanlı bir neçə gün əvvəl həmkarı Rəşad Dağlının oğlu Yusifin kiçik toyunda iştirak etsə də, pul salmadığı üzə çıxıb.


Yenilik.az  xəbər verir ki, bu barədə sənətçi qonaq olduği "Həmin Zaur" axşam şousunda deyib.

Verilişin aparıcısı Zaur Kamalın "Rəşad Dağlının oğlunun kiçik toyundan iştirak edib, yeyib-içmisən, amma yadından çıxıb pul salmayıb məclisi tərk etmisən" sözlərinə söz xiridarı gülərək belə cavab verib:

"Rəşadının oğlu Yusifin kiçik toyundan bir əmisi kimi heç bir dəqiqə belə oturmamışam. Yeməyi də ayaq üstə, gəzə-gəzə yemişəm. O ki qaldı, toya pul salmamağıma, 3-dən 5-dən salmışam. İnanmırsansa, zəng vur Rəşadın özündən soruş. Elə şey olar ki, toya gəlim, pul salmayım".
Lakin Z.Kamal O.Lökbatanlının sözlərinə inanmadığı və onun həqiqətən də toya pul salmadığını bildirərək, yalan danışdığını vurğulayıb.bizim media

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.