Zümrüddən boşandığı həyat yoldaşı ilə bağlı paylaşım - Video

Aktrisa Zümrüd Qasımova boşandığı həyat yoldaşı ilə bağlı paylaşım edib.
"Gözəl bir gündür, bayramdır. Mənim həyat yoldaşımla tanış olduğumuz gündür. 14 il əvvəl... 14 il bir yerdə yaşamaq, sevmək, sevilmək gözəl hissdir" deyə, Qasımova vurğulayıb.
Aktrisa həyat yoldaşı Nazim Zeynalovun üzünü göstərməsə də, onun səsini yayımlayıb. N.Zeynalov "Yaxşı ki, varsan. Hər zaman sənsən və mənimsən. Bir şeyi unutma, əsas mənim varlığımdır. Sən ürəkdəsən, göydəsən, yerdəsən və mənimsən" deyə, söyləyib.
Qeyd edək ki, Zümrüd Qasımova və Nazim Zeynalovun bir müddət əvvəl boşandıqları ortaya çıxıb. Aktrisa buna səbəb soyadını dəyişmək istəməsinin olduğunu deyib.
OXŞAR XƏBƏRLƏR