Yenilik.Az
www.Yenilik.Az » Maqazin » 40 yaşlı Britni Spirs sağalmaz xəstəliyə tutuldu

40 yaşlı Britni Spirs sağalmaz xəstəliyə tutuldu

40 yaşlı Britni Spirs sağalmaz xəstəliyə tutuldu
2022-11-08 , 17:37

Amerikalı məşhur müğənni Britni Spirs sağalmaz xəstəliyə tutulub.

Yenilik.az xəbər verir ki, bu barədə 40 yaşlı sənətçi sosial şəbəkədə məlumat yayıb. O bildirib ki, 3 ildir sinir zədəsinə görə bədən hissələrinin ağrılarından və uyuşmasından əziyyət çəkir.
Spirs qeyd edib ki, məhz bu səbəbdən daim instaqramda rəqs videolarını paylaşır. Belə ki, rəqslər ona müəyyən simptomları yüngülləşdirməyə kömək edir və o, ağrı hiss etmir.
“Bəzən beyinə kifayət qədər oksigen çatmayanda sinir zədələnir. Bədənimin sağ tərəfində sinir zədəsi var. Bunun Allahdan başqa çarəsi yoxdur. Həftədə üç dəfə yuxudan oyanırdım və əllərimin uyuşduğunu hiss edirdim. Sanki sağ tərəfimə kiçik iynələr batırdı. Bunu qəbul edə bilmədim. Gülməlidir, amma rəqs edəndə ağrı hiss etmirəm".

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.