Yenilik.Az
www.Yenilik.Az » Maqazin » Namiq Qaraçuxurlu Rəşad Dağlıdan danışdı: "Bəzi hallara pozitiv yanaşaq" - VİDEO

Namiq Qaraçuxurlu Rəşad Dağlıdan danışdı: "Bəzi hallara pozitiv yanaşaq" - VİDEO

Namiq Qaraçuxurlu Rəşad Dağlıdan danışdı:
2022-11-10 , 11:30

Meyxanaçı Namiq Qaraçuxurlu həbs olunan həmkarı Rəşad Dağlı barədə açıqlama verib.   

Yenilik.az xəbər verir ki, o bu haqda qonaq olduğu "Səhərin səsi" proqramında danışıb:
"Son vaxtlar daha yaxın idik. Deyirdik, görüşək, qismət olmadı. Qarşı tərəfin yaxınlarına səbr diləyirəm. Ələkbər Yasamallıının bibisi oğlu kimi tanıyıram. Elə yazırlar ki, sanki bitdi. Rəşad yaşayacaq. Bəzi hallara pozitiv yanaşaq. Məşədi baba da zindan həyatı yaşayıb. Dünyasını dəyişəndən sonra bizə qalan əsərləri oldu. Ümid edirəm ki, Rəşadın günahsız olduğu üzə çıxar, azadlığa çıxar. Ümid sonda ölür. Rəşad orada da yazacaq, sənət xiridarlarını söz baxımından ac qoymayacaq, bayrağı daim əlində saxlayacaq. Sənət adamlarını qorumaq lazımdır. Onları məişət səviyyəsinə endirmək lazım deyil: niyə bunu oxudu, niyə belə geyindi. Allah qapısını açsın".  

Qeyd edək ki, meyxanaçı 1979-cu il təvəllüdlü İsgəndər Mehdiyevi qətlə yetirib. Hadisə Qaradağ rayonu, Lökbatan qəsəbəsində gecə saatlarında qeydə alınıb. Hadisəni törətdikdən sonra Rəşad Dağlı Yasamal rayonu Polis İdarəsinə gələrək təslim olub və qətli törətməsini etiraf edib. Mübahisəyə səbəb İsgəndər Mehtiyevin meyxanaçıya zəng edərək söyüş söyməsi olub.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.