Yenilik.Az
www.Yenilik.Az » Maqazin » Könül Xasıyeva tanınmış aparıcını bağışlayacaq?

Könül Xasıyeva tanınmış aparıcını bağışlayacaq?

Könül Xasıyeva tanınmış aparıcını bağışlayacaq?
2022-11-22 , 15:50

“Mənim Zaur Kamal məsələsindən başqa işlərim də var. Hazırda həmin işlərlə məşğulam, ona görə cavab verməyə imkanım yoxdur”.

Bu sözləri Xalq artisti Könül Xasıyeva teleaparıcı Zaur Kamalı polisə verməsi ilə bağlı Musavat.com-a açıqlama verərkən deyib. Xalq artisti “Teleaparıcını bağışlayacaqsınızmı?” sualımızı da cavabsız qoydu.
Xatırladaq ki, Xalq artisti Könül Xasıyeva teleaparıcı Zaur Kamalı polisə verib. Səbəb Z.Kamalın ARB-də yayımlanan “Həmin Zaur” (“Səni deyirlər” rubrikası) verilişində işlətdiyi ifadələr olub. Belə ki, aparıcı efirdə bildirib ki, Könül Xasıyeva vaxtilə Bakıda tək qalmamaq üçün anasını öz yanına, evinə gətirib. Bu isə valideynlərinin ayrılmasına səbəb olub. Efirdən bir ildən çox vaxt keçəndən sonra K.Xasıyeva həmin ifadələri əsas götürərək Zaur Kamalı polisə şikayət edib.
Bakı şəhər Baş Polis İdarəsinə etdiyi şikayət əsasında araşdırma başlayıb və Z.Kamal İdarəyə dəvət olunaraq dindirilib.
Aparıcı vurğulayıb ki, həmin fikirləri Bakupost.az-da yayımlanan müsahibəsi əsasında deyib.
Həmçinin, müsahibənin müəllifi jurnalist Günel Musa da baş verənlərdən sonra bu gün Bakı şəhər Baş Polis İdarəsinə dəvət olunub.
Yaranmış qalmaqal ilə bağlı axşam.az saytına danışan Zaur Kamal Xalq artistinin bu addımına təəccübləndiyini deyib:
“Bu suala özüm də cavab tapa bilmirəm. Bir ildən sonra niyə belə addım atıb? Verilişimə bu ərəfədə qonaq da gəlib. Verilişə gələndə “Deyirlər ki” rubrikasının çərçivəsində ona suallar ünvanladım. Dedim ki, Bakupost saytında müsahibədə demisiniz ki, anamı atamdan ayırıb Bakıya gətirmişəm. Bunu təsdiq yox, deyilən şayiələrə aydınlıq gətirmək kimi etdim. Efir 10 dəqiqə gecikmə ilə yayımlanır, narazı idisə, deyərdi, kəsin bunu. Heç nə demədi, cavablandırdı və getdi. O sözləri özü deyib...
Getdim polisə ifadə verdim, hər şeyi izah etdim. Könül Xasıyeva da orada idi, qucaqladım, öpdüm. Dedim ki, əgər bir günahım varsa, qanun qarşısında boynum qıldan incədir, efirdə üzr istəyərəm. Amma mənim heç bir günahım yoxdur. Könül Xasıyeva bir neçə il əvvəl solo konsert verirdi. Dedi, son konsertimdir. Heç bir kanal onu reklam etmədi, mən çağırıb reklam etdim”.
Aparıcı əlavə edib ki, adının bu cür xəbərdə hallanması onu narahat edib:
“Uşaq deyiləm, 26 ildir radio və televiziya sahəsində çalışıram. Susursan, amma belə məsələdə adımın hallanması xoş deyil”. 

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.