Yenilik.Az
www.Yenilik.Az » Maqazin » Rəqsanə İsmayılova: "Qızım Yağmur dedi ki, atamı tanımaq istəyirəm" - VİDEO

Rəqsanə İsmayılova: "Qızım Yağmur dedi ki, atamı tanımaq istəyirəm" - VİDEO

Rəqsanə İsmayılova: "Qızım Yağmur dedi ki, atamı tanımaq istəyirəm" - VİDEO
2022-11-23 , 16:56

Müğənni Rəqsanə İsmayılova kiçik qızı Yağmurun bioloji atasını məhkəməyə verdiyini açıqlayıb.

Yenilik.az xəbər verir ki, bu barədə Rəqsanə "Zaurla Günaydın" proqramında danışıb.
Müğənni bildirib ki, övladının istəyi ilə bu addımı atıb."

"Kiçik qızım Yağmurun artıq 14 yaşı var. Bir gün mənə dedi ki, nəsil-kökümü, atamı tanımaq istəyirəm. Fazil müəllimlə (həyat yoldaşı) məsləhətləşdim. Dedi ki, nə olsun mən onu böyütmüşəm, soyadımı vermişəm. O, onun haqqıdır. Biz ilk gündən belə bir qayda qoymuşuq ki, o, evə gəlməsə, heç birimiz süfrə arxasında əyləşib yemək yemirik. Fazilə dedim "istəyirəm ki, Yağmurun bu istəyini bərabər yerinə yetirək". Vəkil də tutmuşam və Yağmurun atasını tanımasına heç birimiz etiraz etmirik. Əsas qızım üçün rahat olsun və istəyirəm ki, hər şey qanunla həllini tapsın. Gələn həftə məhkəmə vasitəsilə DNT analizləri keçiriləcək və məsələ həll olunsun. Niyə mən onu gizlədim, danım, başqa şeylər deyim?". 
Daha ətraflı videoda:

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.