Yenilik.Az
www.Yenilik.Az » Maqazin » "Onu döymüşəm və yaxşı eləmişəm" - VİDEO

"Onu döymüşəm və yaxşı eləmişəm" - VİDEO

"Onu döymüşəm və yaxşı eləmişəm" - VİDEO
2022-11-24 , 12:29

Əməkdar artist Sevinc Sarıyeva açıqlaması ilə bütün diqqətləri üzərinə çəkib. 


Yenilik.az xəbər verir ki,  muğam ifaçısı qonaq olduğu "7 canlı” axşam şousunda kişi həmkarıyla dava etdiyini deyib.
Sənətçi hətta onu döydüyünü də etiraf edib: 


 "Toyların birində belə bir hadisə baş vermişdi. Məşhur kişi həmkarımla aramda dava oldu. İş o yerə çatdı ki, onu döydüm və polisə ərizə yazıb, şikayət etdim. Polis gəldi. Dedim ki, onu mən döymüşəm və yaxşı eləmişəm. Sonra gəldi, məndən üzr istədi, mən də onu bağışladım. Biz barışdıq. Biz bir çox məclislərdə oluruq. Orada mənim həmkarlarımla olan münasibəti tamaşaçı kənardan görüb hər cürə qiymət verə bilər. Kişi həmkarımla olan dava da, kobud davranış mənə qarşı deyil, başqa bir xanım ifaçıya qarşı olmuşdu".

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.