Yenilik.Az
www.Yenilik.Az » Maqazin » Çingiz Mustafayevin uşaqlıq arzusu gerçəkləşdi - Video

Çingiz Mustafayevin uşaqlıq arzusu gerçəkləşdi - Video

Çingiz Mustafayevin uşaqlıq arzusu gerçəkləşdi - Video
2022-11-24 , 14:31

Müğənni Çingiz Mustafayev Məkkəyə Həcc ziyarətinə yollanıb. 

Yenilik.az xəbər verir ki, sənətçi Məkkə ziyarəti zamanı çəkilmiş görüntüləri sosial media hesabında izləyiciləri ilə bölüşüb.O bildirib ki, uşaqlıq arzusunu gerçəkləşdirib:
“Uşaqlıq dönəmlərimdə Məkkəni ancaq şəkillərdə görürdüm, hətta rayondakı evimizdə də divarda Məkkənin şəkli var idi. Bu müqəddəs torpaqlara ayaq basdığım üçün özümü çox şanslı və xoşbəxt hiss edirəm.
Kəbəyə yaxınlaşmağa başlayanda içimdən heç vaxt hiss etmədiyim və heç vaxt təkrar olunmayacaq hisslər keçirdim. Sanki ürəyimin lotos gülü kimi açılmağa başladı. Hətta bir anlıq qorxu gəldi içimə, elə bildim özümdən gedəcəm. Ruhum bədənimi tərk edəcək. Allah hər kəsə bu gözəl hissləri yaşamağı nəsib etsin”.
Həmin görüntüləri təqdim edirik:

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.