Yenilik.Az
www.Yenilik.Az » Maqazin » Şəbnəm Tapdıqla Mətanət Əliverdiyeva arasında dava

Şəbnəm Tapdıqla Mətanət Əliverdiyeva arasında dava

Şəbnəm Tapdıqla Mətanət Əliverdiyeva arasında dava
2022-11-24 , 21:28

Əməkdar artist Şəbnəm Tapdıqla aparıcı Mətanət Əliverdiyeva arasında gərginlik yaşanıb.

Yenilik.az xəbər verir ki, buna səbəb efirdə təqdim edilən sorğu videosu olub.  Videomaterialda vətəndaşlara "Şəbnəm deyəndə kim yadınıza düşür" sualı verilib və sorğuda iştirak edənlərin çoxu Şəbnəm Tovuzlu cavabını verib. Süjetdən sonra Əməkdar artist əsəbiləşərək bunu etməkdə məqsədin nə olduğunu soruşub: 
“Mən verilişə gələndə qəsdən Şəbnəm Əsədova (Tovuzlu) adı çəkilməlidir. Siz o xanımı təbliğ edirsiz, xoşuma gəlmədi... Heç hənanın yeridir? Mənimlə ad söhbəti edirsiz. Onun əsl adı Aygündür, Aygün Əsədova. Anasının mənim adımdan xoşu gəlib, Şəbnəm adını verib. İnsanlar çox gözəl başa düşəcək ki, bu qurulmadır”, - deyə, müğənni fikirlərinə əlavə edib. 
Əliverdiyeva isə gərgin halda “Bizim verilişdə qurulma ola bilməz, fikriniz başqa yerə getməsin”, - deyə, söyləyib.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.