Yenilik.Az
www.Yenilik.Az » Maqazin » "İndi ən pik nöqtədəyəm" - Elnarə Abdullayeva

"İndi ən pik nöqtədəyəm" - Elnarə Abdullayeva

2022-11-25 , 14:59

Əməkdar artist Elnarə Abdullayeva arıqlama sirrini bölüşüb. 

Yenilik.az xəbər verir ki, xanəndə bu haqda "Söhbət var" proqramına qonaq  olarkən söhbət açıb. Xanəndə hazırda kökəldiyini etiraf edib və kök insanlara məsləhət verib: 
"Kökəlmişəm, indi 54 kiloqramam. Əvvəl 40-42 kiloqram idim. 48 kiloqram oldum və ondan o tərəfə keçmədim. İndi ən pik nöqtədəyəm. 39 kiloqram olduğum anlar olub. Çox balaca və arıq idim. Əvvəl yemirdim, pandemiyadan sonra həkimlər dedi yeyin kökəlin. Mən də yedim, kökəldim. İndi istəyirəm ki, heç olmasa 48 kiloqrama düşüm. Bir tanış var idi, arıqlayıb. Soruşdum, dedi, mədəkiçiltmə etdirdim. Cavab verdi ki, 2 gilasla, yarım əriklə doyuram. Gəlib evdə oturdum, özümə dedim ki, təsəvvür et mədəni kiçildiblər. 2 gilası yedim, özümə dedim ki, doydun, mədən kəsilib, yemə. İki günə 2 kiloqram çəki atdım. İndi yemək istəyəndə, deyirəm, olmaz, sən əməliyyat etdirmisən. İndi məni yıxıb, kəssinlər ki, pəhriz saxlayım? Özünüz ağlınızda kəsin və arıqlayın. İnsan ağzına sahib çıxmalıdır".

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.