Yenilik.Az
www.Yenilik.Az » Maqazin » “O sağ olsaydı, bəlkə bu sənətdə də olmazdım” - Sənubər İsgəndərli

“O sağ olsaydı, bəlkə bu sənətdə də olmazdım” - Sənubər İsgəndərli

“O sağ olsaydı, bəlkə bu sənətdə də olmazdım” -  Sənubər İsgəndərli
2022-11-28 , 14:40

"Hərdən qızıma deyirəm, niyə məni qorumadın? Deyir, özün necəsən, məni də elə böyütmüsən. Qızıma çox qadağalar qoymuşam, bugünə kimi də çox peşmanam. Bu uşaq mağaza yeri də bilmədi. Məktəb və universitetə getdi, gəldi. Heç nədən xəbəri olmadı. Bəlkə də gözümün ağ-qarası idi ona görə. Anam da məni elə böyüdürdü. İstədim ki, ağrı, acı nədir bilməsin, amma nahaq yerə etmişəm. Uşağı gözüaçıq böyütmək lazımdır".

Yenilik.az xəbər verir ki, bu sözləri Əməkdar artist Sənubər İsgəndərli "Düzünə qalsa" verilişində deyib. Sənətçi bildirib ki, zamanında anasıda ona qadağalar qoyub.

"7-ci sinifdə oxuyanda anamı itirmişəm. Anam mənim nə sənətkar, nə də ana olduğumu gördü. Həmişə bir sözü var idi ki, bircə bunu böyütsəydim... Mənə elə gəlir, o sağ olsaydı, heç bəlkə bu sənətdə də olmazdım. Onun qadağaları mənim qızıma qoyduğum qadağalardan da çox idi. Daha dərin idi...Təki övladlar valideynlərin çiynində getməsin. Bu yaşıma gəlib çatmışam, anaya həmişə ehtiyac olur. Anadı insanı qoruyan. Qızıma da deyirəm ki, nə sözün oldu, gəl anaya de. Kimisə yükləməyi sevmirəm. Başıma nəsə gəlsə, kiməsə zəng edim, heç vaxt, qətiyyən! Hər kəsin dərdi var, kimisə yükləmək kimi xasiyyətim yoxdur. Çox nadir hallarda, bıçaq sümüyə dirənəndə ağzımdan 5-6 cümlə çıxar! Mənim problemim mənə aiddir. Onu qızıma da demərəm”, - aktrisa əlavə edib.  

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.