Yenilik.Az
www.Yenilik.Az » Maqazin » "Atam bunları gündəmə gətirməyi xoşlamırdı" — Telman Adıgözəlovun oğlu (VİDEO)

"Atam bunları gündəmə gətirməyi xoşlamırdı" — Telman Adıgözəlovun oğlu (VİDEO)

2022-11-28 , 20:01

Mərhum Xalq artisti Telman Adıgözəlovun oğlu Tural Adıgözəlov atası ilə bağlı açıqlama verib. 

Yenilik.az xəbər verir ki, bu barədə Tural Adıgözəlov "O üz" proqramında danışıb.Tural bildirib ki, atası geyim həvəskarı olub: "Geyim zəif yeri idi. Hər ay özünə nəsə alırdı. Bakıda olan məşhur geyim mağazaları onu tanıyırdı. Yeni kolleksiya gələn kimi, ona zəng edirdilər ki, gəlin. Atam dünyasını dəyişəndə bir mağazanın sahibi gəlmişdi ki, atanız gödəkcə sifariş edib, pulunu ödəyib. Qaytarıb pulu bizə verdi". Tural əlavə edib ki, mərhum aktyor hər zaman sənət adamlarına yardım etməyə çalışıb:
"Komediya rolları oynasa da, həyatda ciddi biri idi. Atam sağ olsaydı, dünyasını dəyişən sənət adamı haqda heç kim danışa bilməzdi. Eldəniz Zeynalov xəstə olanda ona təkcə atam baş çəkirdi, bazarlıq edib aparırdı. Heç vaxt da bunu deməzdi. Demirdi, Eldəniz Zeynalov ağırdır. İndikilər ancaq deyir, aktyorlar acından ölür. Atam bunları gündəmə gətirməyi xoşlamırdı. Həmişə istəyirdi bütün aktyorlar yaxşı yaşasın. Atam şikayət etməyib heç vaxt. Hər sahədə olan adam istəyər ki, öz sahəsindəki insanlar yaxşı dolansın. Atam orta imkanda olub, kasıblara da yardım edib".

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.