Nina Ostanina məşhur ifaçılara müraciət etdi - FOTO

Rusiyanın Xalq artisti Filipp Kirkorovla həmkarı Sergey Lazarevi uşaq alverində günahlandırılır.
Bununla əlaqədar o, məşhur ifaçılara müraciət ünvanlayıb.
"Mən Kirkorova və Lazarevə qarşı deyiləm, qoy yaşasınlar, oxusunlar və sağlam olsunlar. Mən ailələrdə uşaq sahibi olmağın qeyri-ənənəvi üsulunun təbliğinin əleyhinəyəm. Lazarev də Kirkorov kimi övlad sahibi ola bilməyiblər. Onlar isə öz uşaqlarını "ala biləcək"lərini nümayişkaranə göstərirlər. Bu, qeyri-ənənəvi dəyərlərin təbliğidir" deyə Ostanina "Radiotochka NSN"ə müsahibəsində bildirib.
Onun sözlərinə görə, surroqat anaların pullu xidmətləri uşaq alqı-satqısından başqa bir şey deyil. O, xatırladıb ki, Rusiyada insanların alqı-satqısı qadağandır.