Yenilik.Az
www.Yenilik.Az » Maqazin » Nadir Qafarzadə oğlu haqqında: "Düşünür ki, ulduzdur"

Nadir Qafarzadə oğlu haqqında: "Düşünür ki, ulduzdur"

Nadir Qafarzadə oğlu haqqında: "Düşünür ki, ulduzdur"
2022-11-30 , 15:05

Müğənni Nadir Qafarzadə oğlu haqqında açıqlama verib.

Yenilik.az xəbər verir ki, sənətçi bu haqda "7 canlı" proqramında danışıb.
Qafarzadə bildirib ki, kiçik oğlu Əziz müğənni olmaq istəyir:
"Kiçik oğlum Əziz çox arxayındır özünə. Bir mahnı ifa etməklə düşünür ki, ulduzdur. Deyir ki, mən ulduzam. Ona söyləyirəm ki, 1982-ci ildən 2022-ci ilə qədər hesablasam 40 ildir bu sənətdəyəm. Amma özümə bu qədər arxayın deyiləm. Əzizə söyləyirəm ki, nə tez oldu sənin bu arxayınçılığın?"
Müğənni oğlunun sosial şəbəkədə də aktiv olduğunu söyləyib:
Əziz TikTokda və İnstaqramda çox aktivdir. Videolar çəkib paylaşır, amma tənbəldir. Onun üçün efirə, verilişlərə çıxmaq problemi yoxdur. Çünki Əzizin adının yanında atası Nadir Qafarzadə var. Amma zaman gedir, bilmirsən sabah ata var, o biri gün isə yox. Buna görə də arxayın olmaq olmaz".

Qeyd edək ki, Nadirin Loğman adlı daha bir oğlu da var. 

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.