"Artıq zinət əşyalarına pul verməyəcəm"

Türkiyədə fəaliyyət göstərən azərbaycanlı aktrisa Nəsrin Cavadzadə diqqət çəkməyi sevir.
40 yaşlı aktrisa tədbirdən çıxış zamanı bundan sonra zinət əşyaları almayacağı ilə bağlı açıqlama verib:
“Mən ekstravaqant olmağı sevirəm! Həddindən artıq parıltılı görünməyi sevirəm. Bunu mənə baxanda başa düşə bilərsiz. Bir yerə gedəndə diqqət çəkməyi sevirəm. Bu şəxsiyyətimin bir parçasıdır.
Eyni zamanda, zərgərlik məhsullarını da sevirəm. İndi isə zinət əşyalarına pul vermirəm. Yəqin ki, markam məni qızıllarla təmin edər. Taxıb, sonra geri qaytararam”.