Məleykə Əsədova 1 aydır buna hazırlaşır - Fotolar

Akademik Milli Dram Teatrı Xurşidbanu Natəvanın 190 illiyi münasibəti ilə Xalq yazıçısı İlyas Əfəndiyevin “Xurşidbanu Natəvan” tamaşasını təqdim etməyə hazırlaşır.
"Bir aydır hər gün ciddi məşqlər edirik! Hazırda praqon meşqlər gedir. İnşallah Akademik Milli Dram Teatrında yeni tamaşa - Qarabağın mərd, xeyriyyəçi, vətənpərvər, gözəl şairəsi “Xurşidbanu Natəvan“ın taleyindən bəhs edən tamaşaya baxa biləcəksiz" deyə, yazan aktrisa artıq tamaşaya hazır olduqlarını vurğulayıb.