"Çoxumuz başdan sona səhnələşmiş roldayıq"

Xalq artisti Brilliant Dadaşova daha bir paylaşımları ilə diqqət çəkib.
"Həqiqət acı, yalan şirin olan dünyadayıq. Bəzən kefdə-damaqda, bəzən sıxıntıda, dardayıq. Az adam tapılır özü-sözü düz, çoxumuz başdan sona səhnələşmiş roldayıq. Haqqı nahaqqa satanlar düşünməz ki, bu gün burada, sabah bəlkə mavi səmalardayıq. İnsanoğlu özünü çoxbilmiş sayır. Amma bilmir bura haradan gəldik, indi haradayıq...".
