Yenilik.Az
www.Yenilik.Az » Maqazin » "Mənə xərclədiyi pullara baxmadım, iy gəlirdi deyə ayrıldım" - Könül Yusifqızı sevgilisindən danışdı

"Mənə xərclədiyi pullara baxmadım, iy gəlirdi deyə ayrıldım" - Könül Yusifqızı sevgilisindən danışdı

"Mənə xərclədiyi pullara baxmadım, iy gəlirdi deyə ayrıldım" - Könül Yusifqızı sevgilisindən danışdı
2020-03-30 , 12:50

"Nə gizlədim,mən iylərə qarşı cox həsasam hətta bəzi ətir iyləri belə məndə baş ağrı verə bilər. O ki qala adam iyi... qarşımdakı insan da iy verərsə bərbad olaram".


BiG.AZ xəbər verir ki, bu sözləri aparıcı Könül Yusifqızı sosial şəbəkə hesabında paylaşım. Qalmaqallı paylaşım edən Könülün fikirləri müzakirələrə səbəb olub:

"O kişilər əlindəki balaca barmaqda dırnaq uzadir haa bax elə iyrənirəm fuu.... sonra o küçəyə ki xox- tfu edib tüpürürlər haa,ölüb - dirilirəm. Bir də əl yumaq xəstəliyi var məndə. Əl yumayanlar və yuyanlar diqqətimdən yayınmır. Hələ çimmək ... oy- oy şimmək gündə və ya gündə 2 də dəfə olur mənimçun. Çimməyənləri də həmən hiss edirəm. O cimməyənlər var ha deyir ukladkam dağılmasın bədəni yuyur, baş qalır üst - üstdə iy- qox hopmuş saç qalır. Və ya deyir neynirəm ki gündə çimim? Və ya tez- tez çimsəm xəstələnərəm fuuu.. hələ o əyninə köynəyi geyib tər iyini hopdurub sonra da gəlib çimib ya çimməyib səhəri gün yenidən o köynəyi geyinənlər var haaa fuuu, bax üst- üstə tər iyi yığan köynək paltarlardan o iy 50 dəfə yusan da getmir və 100 metrədən o kəskin qat vermiş tər iyi adamı vurur. Hələ o makiyajini işdən- gücdən sonra yumayan silməyənlər var haa üst - üstdə tonalni, krem, tuş, pudra yax ki, yaxasan və sonra da yuma, yat, dur yenə yax. Və dəri ki nəfəs almır haa dəri altı səpkilər pintilikdən xəbər verir fuuu... Hələ o dişini yumayanlar var haa yediyi - içdiyi menyunu dişinin üstündə ilişib qalanlardan görmək olur fuuu..hələ o xörəyi hortahort, lortalort, marcamarc ,larcalarc yeyib ora - bura çırtdadanlar var haaa fuuu.. ödüm gəlir ağzıma.. bəlkə də mənim psixoloji bir xəstəliyim var? Bilmirəm ki, varsa da bu xəstəliyimdən məmnunam.

Sizi bilmirəm,vallah mən bu virusu sevdim.Nə gözəl təmizlik, nə gözəl gigeyena, bəh- bəh! Yəni millət, bu qaydalar ki, var bunlar tək koronovirusçun keçərli deyil ki, canınız təmizliyiniz gigeyenanizçun keçərlidir. Mütləqdir ki, virusdan qorxub məcbur etsinlər sizi? Canınızın qeydinə də dövlət qalmalıdır? Sağlam olmaqçün üst - üstə yun corab geymək lazım deyil ki.. Sadəcə təmizlik qaydalarana əməl etmək kifayət edər.
P.S. 15 il qabaq məni sevən biri vardi.simpotik boylu buxunlu yarasiqli və inanilmaz qədər imkanli pullu. O qədər sevirdi ki maqazadan ayaqqabi alanda əyilib əliynən yoxlayirdi ki sixir ya sixmir. Küsəndə 1 sutka balkonumun altından çəkilməzdi. Ürəyim nə istərdi alardı, nə istəsəm edərdi. Hərdən ağıla gəlməz bir şeylər istərdim onu haralardansa tapıb gətizdirərdi. amma bu adam bir tər iyi verirdi ..aman Allahım maşınında pəncərələri də açırdım keçmirdi. Ya restorana gedirdik üzbəüz belə iy vururdu məni..özümü heç cürə zorlaya bilmədim. Bax, o xərclənən və xərclənəcək pullar, onun istəyi sevgisi qayğısı belə olmadı.. özümü zorlaya bilmədim, alınmadı, bitdi.

Və o mənim yaddaşımda məni sevən biri kimi yox, iy verən biri kimi qalıb. İnsan üçün iy çox önəmlidir. Məncə ruhu olan insanlar sevdiklərinin iyini sevir, qoxusunu sevir. Hətta ayrılıqdan sonra o iyi izləyir, gözləyir, axtarır"

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.