Yenilik.Az
www.Yenilik.Az » Maqazin » Vüqar ilə Lalə Dadaşova qohum imiş

Vüqar ilə Lalə Dadaşova qohum imiş

Vüqar ilə Lalə Dadaşova qohum imiş
2022-12-13 , 14:03

Müğənni Vüqar Muradov Lalə Dadaşova ilə qohum olduğunu açıqlayıb. 

Yenilik.az xəbər verir ki, Vüqar "Elgizlə izlə" proqramında bu haqda danışıb. O, bildirib ki, Lalə xanımın ailəli olduğu mərhum müğənni Elçin Cəlilov onun qohumu olub: 
"Mən Elçin Cəlilovun bacısı oğlu sayılıram. Ona dayı kimi baxmışam. Anamla, xalamla bir yerdə böyüyüblər. Elçin Cəlilov Azərbaycanda üç böyük ifaçılardan biridir. Lalə xanım ona çox əziyyət çəkdi. Neçə il yaşadısa, Lalənin sayəsində oldu".
L.Dadaşova "Onunla ailə quranda 38 yaşım var idi" deyə, əlavə edib. 
Qeyd edək ki, 2005-ci il mayın 10-da səhər vaxtı Elçin Cəlilov mənzilində ölü tapılır. 37 yaşında vəfat edən müğənninin ölümünə səbəb kimi narkotikdən istifadə etməsi göstərilir. 
Lalə Dadaşova Xalq artisti Brilliant Dadaşovanın bacısıdır.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.