Yenilik.Az
www.Yenilik.Az » Maqazin » "Elçin Cəlilovu narkotikə öyrəşdirən xalq artisti kimdir"

"Elçin Cəlilovu narkotikə öyrəşdirən xalq artisti kimdir"

2022-12-13 , 14:10

Müğənni Vüqar Muradov mərhum ifaçı Elçin Cəlilovla bağlı bəzi sirləri danışıb. 

Yenilik.az xəbər verir ki, ifaçı "Elgizlə izlə" verilişində bu barədə bəhs edib. O, bildirib ki, Elçin Cəlilovu narkotikə adı bilinməyən Xalq artisti öyrəşdirib. Həmin şəxsin adını gizli saxlayan Vüqar bunları əlavə edib:
"Onu pis yola çəkən qoca biri hələ də yaşayır. Öləndə adını açıqlayacağam. Hər zaman istedadlı insanların arxasınca iynəylə qaçıblar. İradə zəif olanda səni tez yaxalayıblar. Elçin hədsiz saf idi. Dünya boyda sənəti olanı yıxmaq üçün ancaq bu şey lazım idi". 
Aparıcı Elgiz Əkbər isə "Tək Elçin deyil, bir-iki nəfərə də onu edib. Onu yolundan çıxardanın Allah bəlasını versin" deyə, söyləyib. 
Qeyd edək ki, 2005-ci il mayın 10-da səhər vaxtı Elçin Cəlilov mənzilində ölü tapılıb. 37 yaşında vəfat edən müğənninin ölümünə səbəb kimi narkotikdən istifadə etməsi göstərilir. 
Əməkdar artist Rəhman Rəhmanov müsahibələrinin birində oğlu Emil Rəhmanovu da sözü gedən şəxsin narkotikə öyrəşdirdiyini açıqlamışdı. O, bildirmişdi ki, həmin şəxs Elçin Cəlilovun da ölümünə səbəb olub. 

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.