Yenilik.Az
www.Yenilik.Az » Maqazin » "Aynişana deyirdim ki, blogerlik etmə, əsəbiləşirəm"

"Aynişana deyirdim ki, blogerlik etmə, əsəbiləşirəm"

2022-12-13 , 15:42

"Yemək yeməməyim anamı əsəbiləşdirir. Gündə 10 adamlıq yemək hazırlayır. Günün sonunda isə deyir ki, niyə bitmədi? Yemək yeməyi sevmirəm".

Yenilik.az xəbər verir ki, əməkdar artist Aybəniz Haşımovanın bloger qızı Aynişan Quliyeva "Səhər mərkəzi" proqramında bu sözləri deyib. Aynişan anasının ona tutduğu iradlardan danışıb. Blogerlik edən Aynişan bu işdən pul qazanması haqda suala isə "İş görürük və qarşılığı var" cavabını verib.  
A.Haşımova qızının qazancından danışıb:
"Aynişana 28 yaşına qədər hər şey alırdım. Bilmirdi nəyi nə qədər xərcləyirəm. Sonra universiteti bitirdi və bu işə başladı. Tək özünü düşünərək qurulan sistem deyil. Orada çox insanın balasına dəstək olur. Əvvəl onun işini anlamırdım, narahat olurdum. Deyirdim, əsəb verir mənə, etmə. Onun nə qədər pul xərcləməsindən, qazanmasından xəbərim yoxdur. Heç vaxt soruşmamışam ki, hansı reklamdan nə qədər almısan? Onu mən sevgi ilə dünyaya gətirmişəm. Dünyaya gələndə məndən xahiş etməyib. Düşünürəm ki, nə qədər ömrüm var, mən ona borcluyam, o, mənə yox".

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.