Yenilik.Az
www.Yenilik.Az » Maqazin » Nərmin Kərimbəyova boşanıb

Nərmin Kərimbəyova boşanıb

Nərmin Kərimbəyova boşanıb
2022-12-19 , 11:08

Müğənni Nərmin Kərimbəyova boşandığını deyib.  

Yenilik.az xəbər verir ki, müğənni qonaq olduğu “Düzünə qalsa” proqramında bu barədə danışıb. O, ikinci dəfə ailə qurma istəyi ilə bağlı verilən suala belə cavab verib:
“Şəxsi həyatım barədə çox uzun, dərin danışa bilmərəm. Amma deyə bilərəm ki, Nərmin üçün şəxsi həyat heç vaxt ailədən üstün olmayıb. Olmayacaq da. Nərminin savadı, ağlı, enerjisi imkan verir ki, hər ikisini idarə edə bilsin.
Onu deyə bilərəm ki, özümü, ailəm, anam, qızım və qardaşımla çox xoşbəxt hiss edirəm. Yalnız bu! Başqa insan barədə qəti danışa bilməyəcəm!
O ki, qaldı nə zamansa ikinci dəfə ailə qurmağa... Həmişə çox uşaq istəmişəm. Ən azı iki övladım olsun. Tək övladım var, bilirsiniz. İstərdim yenidən bir qız, bir oğlum olsun”.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.