Yenilik.Az
www.Yenilik.Az » Maqazin » Xatirə arıqlaması ilə bağlı iddialara cavab verdi

Xatirə arıqlaması ilə bağlı iddialara cavab verdi

Xatirə arıqlaması ilə bağlı iddialara cavab verdi
2022-12-21 , 14:03

Müğənni Xatirə İslam bir vaxtlar çox çəki almasının səbəbini açıqlayıb.

Yenilik.az xəbər verir ki, Xatirə səhhətində olan problemə görə müalicə aldığını və çəkisinin artdığını deyib. "Günün sədası" verilişində qonaq olan Xatirə mülaicəni dayandırdıqdan sonra çəki atdığını bildirib:
"Səhhətimlə əlaqədar müalicələr alırdım. O müalicələrlə arıqlamaq da olmazdı. Bu səbəbdən müalicələri kənara qoydum. Bundan sonra arıqlamağa başladım".
15 kiloqram çəki atan ifaçı pəhrizini açıqlayıb:
"Dörd aydır ki, çörəyə, şirniyyata əlimi uzatmıram. Yağlı yeməklər yemirəm. 15 kiloqram çəki atdım. Əməliyyatsız, sırf pəhriz saxlamaqla bu nəticəni əldə etdim. Xüsusi pəhrizim də yoxdur. 
Daha əvvəl 9 saat əməliyyatda qalmışam. Qardaşımın toyu olan zamanı 57 kiloqram idim. İndiki çəkimdən 7 kiloqram az idim. Amma həmin əməliyyatdan sonra yenə də yeməyə başladım və kökəldim".
Xatirə bildirib ki, bir müddət əvvəl etdirdiyi əməliyyat plastik yox, sağlamlıqla bağlı olub:
"Süd vəzimdəki problemlə əlaqədar əməliyyat olunmuşdum".

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.