Ayan qayda pozub videosunu paylaşdı, yol polisi onu cərimələdi - VİDEO

Yenilik.az xəbər verir ki, tanınmış müğənni Ayan Babakişiyeva yol hərəkəti qaydasını kobud şəkildə pozub.
Bakı şəhər Dövlət Yol Polisi İdarəsindən bildirilib ki, müğənni nəqliyyat vasitəsini idarə edən zaman təhlükəsizlik kəmərindən istifadə etməyib. Dərc edilmiş videogörüntü ilə bağlı yol polisi araşdırma aparıb və məlum olub ki, müğənni qayda pozuntusunu 90-GK-333 qeydiyyat nişanlı “Dodge Durango” markalı avtomobillə törədib. Bu səbəbdən Ayan Babakişiyeva İnzibati Xətalar Məcəlləsinin 329.1-ci maddəsi ilə 40 manat məbləğində cərimələnib.
Qeyd edək ki, məşhurluq qazanan bir çox şəxslər qayda pozuntusu etməyə, təhlükəsizlik kəmərini taxmadan avtomobil idarə etməyə meyilli olurlar. Onlar sanki kəmərdən istifadə etməyi özlərinə sığışdırmırlar. Lakin düşünmürlər ki, qayda pozuntusu edən zaman qəzaya düşsələr, məşhur olmalaları onları qəzadan xilas etməyəcək.
OXŞAR XƏBƏRLƏR