Yenilik.Az
www.Yenilik.Az » Maqazin » “Özümü heç vaxt gözəl saymamışam”

“Özümü heç vaxt gözəl saymamışam”

“Özümü heç vaxt gözəl saymamışam”
2023-01-02 , 11:41

Xalq artisti Nisə Qasımova özünü heç vaxt gözəl saymadığını açıqlayıb.

Yenilik.az xəbər verir ki, sənətçi bu haqda “Açıq söhbət” verilişinə qonaq olarkən danışıb.
“Mən, ümumiyyətlə, özümü heç vaxt gözəl saymamışam. Uşaqlıqdan komplimet deyirlər, ancaq zahiri olaraq özümü gözəl saymamışam. O qədər qüsurlar görürəm ki, kaş belə olardı, elə olardı… Hazırda camaat gedir mahnılar yazdırır, mən isə hələ düşünürəm ki, həyatı boyunca nə qədər səhv etmişəm, qüsurlarım olub, qəlb qırmışamsa, onları düzəltməklə məşğulam. Bilmədən, istəmədən qəlb sındıra bilirik. O qədər qəlbim sınıb ki, əslində çilik-çilikdir. Qırılan o qəlbimi yapışdırmağa başlamışam və rahat oluram”, - deyə, Nisə xanım bildirib.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.