Yenilik.Az
www.Yenilik.Az » Maqazin » Elza: "Cılız, cahil insanların tənqidindən qorxmuram"

Elza: "Cılız, cahil insanların tənqidindən qorxmuram"

Elza:
2023-01-02 , 22:00

"Bir yerə gedirəm, sadə olanda məni qəbul etmirlər. Deyirlər ki, sizi hər zaman hansısa bir obrazda görmüşük. Nə olub sizə? Nəsə baş verib? Niyə belə sadəsiniz? Cavabında söyləyirəm ki, hər yerin geyimi var".  


Yenilik.az xəbər verir ki, bu sözləri əməkdar artist Elza Seyidcahan evində qonaq etdiyi "Evinizin qonağı" verilişində deyib.  

Səhnəmizin ekstravaqant müğənnisi qeyri-adi geyimləri məktəb illərindən geyindiyini bildirib: 

"Əslində bu, özüməm. Uşaq olanda məktəbə gedəndə də belə geyinirdim. Bunu sinif yoldaşlarım da təsdiqləyə bilərlər. Soltan Hacıbəyli adına Musiqi Texnikomunda təhsil aldığım zaman geyindiyim geyimlər hər zaman digər tələbə yoldaşlarım tərəfindən qəribə qarşılanırdı.

Kiçik bir çantam vardı. Əl ilə toxunulmuşdu, səbətə bənzəyirdi. Ondan istifadə edirdim. Kitablarımı içinə yığırdım. Tələbə yoldaşlarım həmin çantaya o qədər qəribə baxırdılar ki,...  

Əvvələr belə şeylərdən heç kim istifadə etmirdi. Anam dörd bacıma və mənə toxumağı, tikməyi, bişirməyi və s. bu kimi işləri görməyə məcbur edirdi ki, öyrənək". 

Verilişin aparıcısı, aktyor Cövdət Şükürovun "Sizi tənqid edəndə pis olursunuz?" sualına Seyidcahan "Tənqiddənsə, məni tərifləyirlər. Allah məni başdan-ayağa tərifləyir. Kimin tənqidindən qorxacağam ki? Cılız, savadsız, cahil insanların? Tənqidlər birdirsə, on tərif var.

Məni isə yaşadan o təriflərdir", cavabını verib.  

"Geyimlərinizə indiyə kimi təxminən nə qədər pul xərcləmisiniz? Bir milyon manat xərcləmisiniz?" sualına isə Elza "Geyimlərimə xərclədiyim pulları sözün açığı hesablamamışam. Bəli, çox pullar xərcləmişəm. Sənətə pul xərcləməsən, heç zaman o, sənət olmaz", - deyə cavab verib.  

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.