Yenilik.Az
www.Yenilik.Az » Maqazin » “Özümü zorla sevdirə bilmərəm”

“Özümü zorla sevdirə bilmərəm”

“Özümü zorla sevdirə bilmərəm”
2023-01-03 , 17:30

Yenilik.az xəbər verir ki, müğənni Mətanət Əsədova onu sevmədiyini deyən əməkdar artist Elza Seyidcahana cavab verib.

Mətanət deyib ki, hər nə qədər incisə də, Seyidcahanın xətrini çox istəyir:
“Cavab verməsəm, yaxşı olar. O xanımın pianoda barmaqları gəzəndə ürəyim gedir. Ona o qədər pərəstiş edirəm, çox istedadlı pianoçudur, gözəl bəstəkardır. Həmçinin, anasını da çox sevirəm, əllərindən öpürəm. Bizim söz-söhbətimiz olmayıb. Efirdə zəng etmişdi, tənqid etmək istədi, təhqir kimi çıxdı. Mən də cavab verdim, lakin gərək nəsə deməzdim. Əslində isə mənim yaxşılığıma danışırdı. Gəl, millətə başa sal ki, təhqir etmək istəmirdi. Hər zaman sənətimə heyfslənir, həmişə deyir. O vaxt dəniz kənarında bir restoran var idi, universitet illərindən sonra orada piano ifa edirdi. Onu dinləmək üçün ora gedirdim. Deyirdim, Elza xanım oradadır, gedib dinləyək. Çox savadlı qızdır, bu, danılmazdır. Onun dili elədir, ürəyi təmizdir. Qaldı ki, Mətanət Əsədovanı hamı sevə bilməz ki.. Başa düşürəm məndən inciyib, həmçinin, mən də ondan incimişəm. Ona görə belə deməlidir. Özümü zorla ona sevdirə bilmərəm. Həqiqətən xətrini çox istəyirəm.
Ümumiyyətlə, küsülü qalmağı sevmirəm, zəhləm gedir. Demirəm ki, bu dəqiqə barışaq. Belə də ondan küsməmişəm, küssəm, barışardım, gedib danışardım. Yenə də inciklik var, çünki o tərzdə deməməli idi. İndi də efirdə adım gələndə danışır. Həmin verilişə də baxmışam, hamısından xəbərim var. Camaat elə bilməsin ki, kor-koranə yaşayıram, eşitmirəm. Hər kəsdən əvvəl görürəm. Sadəcə yaraşmır. Əvvəllər gənc vaxtlarımız idi, çılğın idik. Efirlərə də reytinq lazım idi, qızışdırırdılar. Həm də səbirsiz olub, nəsə deyirdik. Amma indi olmaz. Sənətimə də, yaşıma da ayıbdır. Uşaq deyiləm. Onun gözəl qəlbi var, zəhmətkeş qızdır, yaxşı anadır. Hər kəs məni tanıyır. Allahdan başqa heç kəsdən qorxmuram. İtirəcək yerim də yoxdur. Bu sözlər də ürəyimdən gəlir, deyirəm.
Arxadan  danışmıram, böhtan atmıram, ev yıxmıram, nişan qaytarmıram, kiməsə xəyanət etmirəm, ailə dağıtmıram, zorla arvad olmuram. Heç kimdən qorxum yoxdur. Sözüm olanda üzə deyirəm. Söyləyirəm ki, arxadan danışsam, zəifəm. Ona görə ki, yanımdakı üstünü doldurub, aranjıman edib deyəcək. Sözüm var, deyirəm də. Xoşun gəlməz, de ki, Mətanət, sağ ol”.
Mətanət deyib ki, Elzanın xalq artisti Nazpəri Dostəliyeva ilə barışmasına da sevinib:
“Nazpəri xanımın evində bir araya gəldilər. Elə sevindim, kövrəldim. Nəyə lazımdır? Üz-üzə gəlirik. O, həmin sözü deməsəydi.. Hətta onda demişdim ki, onu telefonla qoşmayın. Nəsə deyər, mən də çox həssas insanam. Adi bir baxış da mənə toxunur, qaldı ki, kimsə haqqıma girə, nəsə deyər. Həmçinin, sözü deməyin də qaydası var.
O sözü elə söyləməliydi ki, nə şiş yanardı, nə kabab. Kaş orada da cavab verməzdim. Oldu da. Bac bacı, ana bala arasında da  problem olur, yola getmir. Biz doğmalarımızdan çox bir-birimizi görürük. Məclis olanda qarışqa kimi yığışırıq, deyib-gülürük, pul salırıq. Elə cameada çalışırıq ki, şənliklərdəyik, efirlərdəyik. Bizə küsülü qalmaq yaraşmaz. Onun sözünə də reaksiya vermək istəmirəm, hamı məni sevəsi deyil ki. İnsanlığımı da bilirlər, kiməsə pisliyim dəyməyib. Ancaq mənə zərbə vurublar, mən də Allaha həvalə etmişəm. Bir-birimizin  uşağını öldürməmişik, ərini əlindən almamışıq, anasına söz deməmişik. Elə-belə söhbətlərdir boş verin.
Həyat qısadır. Elə bir dövrdə yaşayırıq ki, bilmirik ömrümüz nə vaxt bitəcək. Allah ona can sağlığı versin, övladlarını xoşbəxt etsin. Anasız bir günü olmasın, ana onun yanındadır, dünyanın xoşbəxtidir. O, da gözəl insandır, onu zəhmətlə böyüdüb. Bayram onlara düşərli olsun. Elza xanımın bir dəqiqə vaxtı olmasın yazsın, yaratsın... Allah qismət etsin, mən də onun repertuarına müraciət edim. Həm də sürpriz edib deyim ki, bacı, mahnını oxudum. Biz çox mehriban idik. Deyirdi, istərdim səni belə oxuyan görüm, bu cür ifa et. Deyirdim, yoxdu axı elə müşayiət edən, məni anlayan. Amma onun mahnılarını oxuyacam. Onu da, ailəsini də öpürəm. O, yazsın, pianonun ağzını bağlamasın. Elza fitri istedaddır. Onun şeirlərində də böyük məna var. Başa düşən olsa.. Gördüyünü, hiss etdiyini yazır. Düzdür, bir az gülürük, amma mənası var”.
Qeyd edək ki, iki sənətçi arasında qalmaqal 2020-nin martında Elzanın “Gənclərin zövqünü korlayan Mətanətlər, Manaflar var” açıqlamasından sonra başlamış, prodüser Tarix Əliyevin verilişində qonaq olan M. Əsədova bu fikrə münasibət bildirmiş və yersiz hesab etmişdi. Ardınca Elza telefon bağlantısı ilə proqrama qoşulmuş “Mətanət xanım atları qoydu, ulaq yerində dayandı” sözlərini səsləndirmişdi. Ulaq sözü Mətanəti qəzəbləndirmiş efirdə Elzanın səsinin kəsilməsini istəmişdi. Sonra onunla bağlı qalmaqallı sözlər demişdi. Hətta bu davadan sonra “Hər şey daxil” verilişi bağlanmışdı.
Bu günlərdə isə Seyidcahan “Günaydın Azərbaycan” proqramına Mətanət haqda “O, seviləsi insan deyil, onu yox, səsini sevirəm” deyib.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.