Yenilik.Az
www.Yenilik.Az » Maqazin » “Allah məni bu günahdan çəkindirdi”

“Allah məni bu günahdan çəkindirdi”

“Allah məni bu günahdan çəkindirdi”
2023-01-10 , 12:36

Yenilik.az xəbər verir ki, aktrisa Ülviyyə Xəlilbəyli ikinci övladı Rasulla bağlı paylaşım edib.

Ülviyyə oğlu yeni doğulanda çəkdiyi fotonu paylaşaraq onun ad günü olduğunu bildirib:
“Keçən ilin bu günü “küvöz”ə düşdüyü üçün gec paylaşmışdım. Onu arzulamadığıma görə bu vəziyyətdən özümü günahlandırmışdım. Çox qarışıq, beynimin əsəb, stressdən pozulduğu bir vaxtda gəldin.
Nə yaxşı ki, Allah buna icazə verdi. Məni günah işdən çəkindirdi. Yaxşı ki, varımsan. Sən ananın günəşisən, çünki həyatıma yenidən işıq, nur gətirdin. Qapanmış gözlərimi açdın. əslində əyilməz və heç kimin köləsi olmayacaq qədər güclü bir ana olduğumu xatırlatdın. Canım oğlum, Rasulum, 1 yaşın mübarək. Nur üzlüm, məsum simalım, Allah səni qorusun, mələyim”.
Qeyd edək ki, Murad İsmayılla evli olan Ülviyyənin Fuad adlı bir oğlu da var. Onlar bir müddət əvvəl Muradla evliliklərində problem yaşamışdılar.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.