Yenilik.Az
www.Yenilik.Az » Maqazin » Dövlət məmuru Pərvin Abıyevaya avtomobil hədiyyə göndərdi - VİDEO

Dövlət məmuru Pərvin Abıyevaya avtomobil hədiyyə göndərdi - VİDEO

Dövlət məmuru Pərvin Abıyevaya avtomobil hədiyyə göndərdi - VİDEO
2020-04-03 , 14:39

Dövlət məmurlarından biri aktrisa Pərvin Abıyevaya avtomobil hədiyyə etmək istəyib.


BAKU.WS xəbər verir ki, o, bu barədə "Toliklə səmimi” layihəsində danışıb:

"Maşın” realiti şouda ikinci dəfə iştirak edib, yarışmadan ayrıldıqdan sonra bir dövlət məmuru mənə maşın hədiyyə etmək istəyirdi. Həmin dövlət məmuurunun adından mənə zəng edib bildirdilər ki, heç bir qarşılıq güdmədən sizə avtomobil hədiyyə göndərirlər. Həmin vaxt münasibətim var idi, sevgilim də zəng gələn zaman yanımda oturmuşdu. Əgər təmiz niyyətlə verilirdisə, sevgilim olmasaydı, maşını götürərdim”.

Abıyeva ona edilən ən bahalı hədiyyənin qiymətini də açıqlayıb:

"40 min manatlıq qızıl zinət əşyası hədiyyə edilib. Sevgilimin hədiyyəsidir, satmamışam, hələ də qalır".

Aşağıdakı videonun 25-ci dəqiqəsindən sonra Pərvinin həmin aşıqlamasını izləyə bilərsiz:

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.