Yenilik.Az
www.Yenilik.Az » Maqazin » Məleykə virusa yoluxdu, tamaşası təxirə düşdü

Məleykə virusa yoluxdu, tamaşası təxirə düşdü

Məleykə virusa yoluxdu, tamaşası təxirə düşdü
2023-01-12 , 10:58

Xalq artisti Məleykə Əsədovanın səhhəti pisləşib. 


Yenilik.az xəbər verir ki, bu haqda aktrisa sosial şəbəkə hesabında məlumat yayıb.

Qrip virusuna yoluxduğunu açıqlayan aktrisa buna görə tamaşasının təxirə düşdüyünü bildirib.

“Mənim sənətimi sevən, teatrsevər tamaşaçılarıma bildirmək istəyirəm ki, səbirsizliklə gözlədiyiniz “Xurşudbanu Natəvan“ tamaşası yayılan qriplərin mənə də təsiri nəticəsində yanvarın 15-dən 26-na keçirilib. Mən deyən yox, Allah deyən olsa, varlığımla, sənətimlə, möhtəşəm Xurşudbanunun qəzəlləri ilə sizi sevindirəcəm”, - deyə M.Əsədova vurğulayıb.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.