Yenilik.Az
www.Yenilik.Az » Maqazin » “50 min ödəyərsən, ağlın başına gələr“

“50 min ödəyərsən, ağlın başına gələr“

“50 min ödəyərsən, ağlın başına gələr“
2023-01-13 , 12:22

Yenilik.az xəbər verir ki, şairə Nazilə Səfərli növbəti dəfə küsülü olduğu rəqqasə Fatimə Fətəliyeva haqda açıqlama verib.

Bu barədə o, “Səhər mərkəzi” proqramında danışıb. Nazilə həm də məhkəmə prosesi ilə bağlı açıqlama verib:
“Mən ondan və məhkəmədən danışsam, istər-istəməz onu reklam etmiş olacam. Lazım deyil. Bilirdim ki, dayandığım yerdə təhqir olunmuşam. Postda “bir rəqqasə” yazanda onun kim olduğunu bilmirdim. Mənə demişdilər, rəqqasə, kim olduğunu soruşanda, yayındırmaq üçün oriental olduğunu söylədilər. Onun ünvanını axtarırdım, yiyəsi sözünü götürdü. Bir məkanı reklam edirdim. Məni ora dəvət edən qadın dedi ki, səndən kim soruşsa, hansı şərtlərlə  prosedurlar etdirirsən, de ki, ödəniş edirəm.  
Bu da mənə pis təsir etdi. Fikirləşdim ki, bu qədər aciz qalmışam ki, həm pul ödəyirəm, həm reklam edirəm. Mən də əsəbləşəndə özümdə olmuram. Onda söylədilər ki, bir rəqqasə zəng edib, ora getmək istəyib. Onlar da ödəniş deyiblər, bu da əsəbləşib ki, kor-kobud şairəni necə pulsuz reklama çağırırsız, mənim kimi incə rəqqasəni dəvət etmirsiz. Bir söz yazdım ki, vaxtında yiyəmiz olub deyə stolların üstə çıxmamışam, kobud qalmışam. İndi 50 min manat mənəvi təzminat tələb edirik. Qarşı tərəfin vəkili deyib ki, onun səsləndirdiyi fikirlər təhqir deyil. Sonra görüblər ki, qarşılıqlı diskusiya başlayıb, deyiblər linqvistik ekspertizaya getsin.
Nəticə məhkəməyə qayıdıb. Proses yenilənib, növbəti məhkəmə nə vaxtdır bilmirəm. Deyirlər, başını burax, sən ondan pul alansan? Amma bir söz soruşum. O, deyəndə ki, gecə məndən rəqs paltarı alıb hara, kimin üçün oynamağa getmişdin? Bunu bir şairəyə, böyük oğlanları, gəlini olan insana demək... Bu, namusa, vicdana ləkədir. Dedim ki, 50 min ödəyərsən, ağlın gələr başına... İnsanın əxlaqına dil uzatmaq olmaz. Ona üzr istəməsi, ya da sübut etməsi üçün 15 gün vaxt verdim. İki yol göstərdim. İsmarıc göndərdi ki, kimsən ki, səndən üzr istəyim.  Mənim onunla barışmaq fikrim də yoxdur. Bir dəfə “Maşın şou”ya gəldi, dedi ki, Nazilə xanıma dəstəyə gəlmişəm. İki dəfə aləmi qatıb, sonra barışıb. Məsələn, mən ona öz çəkiliş qrupumu göndərdim. Hədiyyə edirdim. Deyirdim, onun reklamları yaxşı işləmir, dəstək olun. Ona şeir, bayatı verirdim, xonça dükanını reklam edirdim. Daha nə edim? Deyir, xətrimə dəyib”.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.