Yenilik.Az
www.Yenilik.Az » Maqazin » Yaşar Nurinin qızı Barış Kömürcüoğluya ərə gedəckmi?

Yaşar Nurinin qızı Barış Kömürcüoğluya ərə gedəckmi?

Yaşar Nurinin qızı Barış Kömürcüoğluya ərə gedəckmi?
2023-01-16 , 12:49

İkinci dəfə ailə qurmaq üçün "Elgizlə izlə” ictimai-sosial verilişinə gələn mərhum Xalq artisti Yaşar Nurinin müğənni qızı Ülkər Yaşarqızı türk həmkarı Barış Kömürcüoğlu ilə münasibətlərindən söz açıb.

 
Yenilik.az xəbər verir ki, aparıcı Elgiz Əkbər əvvəlcə Barış Kömürcüoğlundan, daha sonra Ülkər Yaşarqızından evlənib-evlənməyəcəklərini soruşub.
 
Barış bildirib ki, Ülkərlə tanışlığına görə çox xoşbəxtdir:
 
"Onu tanıdığım üçün xoşbəxtəm. Ülkərlə dünyanın hər yerində dost qalmaq istəyərəm, evlilik məsələsinə gəlincə isə son qərarı Ülkər xanımdır deyə, o versə, daha yaxşı olar”.
 
Ülkər isə cavabında bildirib ki, onlar bu məsələni öz aralarında həll etmək istəyirlər, onlar hələ ki, dost münasibətindədirlər.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.