Yenilik.Az
www.Yenilik.Az » Maqazin » Aparıcıları paxıllıqda ittiham etdi

Aparıcıları paxıllıqda ittiham etdi

Aparıcıları paxıllıqda ittiham etdi
2023-01-16 , 12:27

Aparıcı Mətanət Əliverdiyeva bəzi həmkarlarını tənqid edib.

Yenilik.az xəbər verir ki, bu barədə o, “Zaurla Günaydın” verilişində danışıb. O, ad çəkmədən bəzi aparıcıların paxıl olduğunu deyib:
“Bir bu xarakter səndə, bir də məndə var. Hazırda Xəzər TV-də çalışıram. Hər axşam verilişə başlayanda deyirəm ki, bütün həmkarlarımı salamlayıram, təbrik edirəm. Amma bunu başqalarında görmürəm. O biri aparıcılarda bu nə qısqanclıqdırsa, anlaya bilmirəm. Digər telekanaldakı aparıcını salamlamaq, elə bil başqa ölkənin düşmən kanalı ilə nəsə etməkdir. O paxıllığı istəmirəm”.
Mətanət Zaurun “Məncə, aparıcılar arasında paxıllıq yoxdur” sözlərinə “Yox, var. Qoyun, oturum”, - deyə, cavab verib.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.