İkiillik depressiyadan bu cür çıxıb

Müğənni Rahidə Baxışova iki il depressiyada olduğunu açıqlayıb.
“İki il depressiya yaşadım. Həyatımda belə bir şey olmayıb. Səbəbini isə yaxınlarım bilir. Uzun zaman o depressiyadan çıxa bilmədim. Bir dəfə nevropatoloq yanına getdim. Onunla danışanda özümdən asılı olmadan ağlamağa başladım. Mənə dedi ki, sən “Sirr” adlı kitabı oxumusan? Cavab verdim ki, xeyr. Yanıma gələn pasientlərə bu kitabı məsləhət görürəm. Onun yanından çıxıb, həmin kitabı aldım, iki gün ərzində oxuyub bitirdim. Kitabı oxuyandan sonra həyata başqa cür baxmağa başladım”.
OXŞAR XƏBƏRLƏR