Yenilik.Az
www.Yenilik.Az » Maqazin » Xatirə əri ilə küsülü imiş

Xatirə əri ilə küsülü imiş

Xatirə əri ilə küsülü imiş
2023-01-21 , 11:49

Müğənni Xatirə İslam həyat yoldaşı Fəxrəddin Musazadə ilə küsülü olduğunu açıqlayıb.

Yenilik.az xəbər verir ki, müğənni bu barədə “Zaurla Günaydın” verilişində danışıb. Xatirə deyib ki, aralarında söz-söhbət olduğu üçün  proqrama dəvətlə bağlı xəbəri də ona özü deməyib:
“Verilişin prodüseri zəng edəndə dedim, onlarla özün əlaqə saxla. Danışıram, biri mənə naz edir, deyir gəlirəm, ya gəlmirəm. Səncə, Fəxrəddin gələcək? Dünən məşqdə idim, oğluma dedim ki, atasına söyləsin, həm də bir az küsülülük var. Hər ailədə olur. Barışmağın vaxtı var. Bir dəfə bura gəlmişdim, bıçağı yumamış qaşıqların arasına qoymuşdum. Ona görə küsdü. Bu dəfə yeni maşın almışdım, sənəd problemi oldu. Onunla əlaqədar küsülülük oldu”.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.