Yenilik.Az
www.Yenilik.Az » Maqazin » “Ağlasam, gözyaşımı dollarla silim”

“Ağlasam, gözyaşımı dollarla silim”

“Ağlasam, gözyaşımı dollarla silim”
2023-01-21 , 16:52

Əməkdar artist Dilarə Əliyeva açıqlaması ilə diqqət çəkib.

Yenilik.az xəbər verir ki, aktrisa sözləri bir-biriylə əlaqələndirməsi istedadından söz açıb.
Aktrisa bu haqda “Özəl” verilişinə qonaq olarkən danışıb:
“Mən sözün əyləncəsini tapmışam və oradan zövq alıram. Hər tapıntı mənim üçün bir bayramdır. Kimsə gedir nəsə alır, qızıl taxır. Bunlar da olsa, pis olmaz. Onlar olanda da bayram olur. Amma hər dəfə olmur. Onlar olmayan vaxt sözlərlə kompensasiya edirəm. Nəsə söz tapanda balaca uşaq kimi sevinirəm. Məsələn, keçən dəfə Yeni il arzusu kimi belə bir söz tapdım: “Allah heç kimə ağlamaq qismət etməsin. Əgər ağlasam, gözyaşımı salfet tapmayıb, dollarla silim”. Maraqlı bir arzudur, hər kəsə diləyirəm. O gözyaşları da sevincdən olsun…”.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.