Yenilik.Az
www.Yenilik.Az » Maqazin » "Toppuş bacı"-nın axırıncı sözü bu oldu: “Gedirəm, amma ....”.

"Toppuş bacı"-nın axırıncı sözü bu oldu: “Gedirəm, amma ....”.

"Toppuş bacı"-nın axırıncı sözü bu oldu:  “Gedirəm, amma ....”.
2023-01-23 , 13:30

“Tünzalə yaşamaq istəyirdi. Amma son dəqiqələrində nəfəs ala bilmirdi. Həkimlərə yalvardı ki, məni aparata qoşun, nəfəs alım. Reanimasiyaya yola salanda da axırıncı sözü bu oldu ki, “gedirəm, amma qayıdacağam, yaşayacağam”.

Yenilik.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Əməkdar artist Tünzalə Əliyevanın bacısı Təranə Əliyeva deyib.
Onun sözlərinə görə, qızı Tünzalənin öldüyündən xəbərsizdir:
“Yayılan video köhnədir, çünki uşağın xəbəri yoxdur. Həmişə deyirdi ki, “Tünüş ölsə, mən də ölərəm. Ona görə qorxudan nəsə deyə bilmirik”.
O bildirib ki, aktrisanın atasının səhhəti yaxşı olmadığı üçün yas mərasimində iştirak edə bilmir: 
“Atamın təzyiqi düşdü, yaxşı deyil. Bircə onunla təskinlik tapıram ki, Tünzalənin üzünü açanda gülürdü”.
Qeyd edək ki, T.Əliyeva ötən gün uzun sürən xərçəng xəstəliyindən sonra vəfat edib.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.