Elza: “Onlar Azərbaycan musiqisinə xələl gətirirlər”

Əməkdar artist Elza Seyidcahan növbəti açıqlaması ilə adından söz etdirib.
Elza bildirib ki, illər sonra həmin ifaçılar Azərbaycan musiqisinə xələl gətirdikləri üçün özlərini qınayacaqlar:
“İllər keçəcək, sənətə yeni gələnlərin əllərində qazandıqları pulları da qalmayacaq. Çox heyiflər olsun ki, bizim estradamız bu vəziyyətdədir. Heç bilmirik ki, bu musiqilər haradan bizə gəlib, çıxıb. Vaxt gələcək, onlar da öz yerlərini tapacaqlar. Təsadüfən yersizlər gəlib özlərini yerli hesab edirlər. Sonra onlar özlərini qınayacaqlar ki, biz Azərbaycan musiqisinə xələl gətirənlərik”.