Yenilik.Az
www.Yenilik.Az » Maqazin » AktrisaTünzalə Əliyevanın qızı üçün fond yaradılmasından danışdı

AktrisaTünzalə Əliyevanın qızı üçün fond yaradılmasından danışdı

AktrisaTünzalə Əliyevanın qızı üçün fond yaradılmasından danışdı
2023-01-25 , 17:31

Əməkdar artist Ülviyyə Əliyeva  Xalq artisti Afaq Bəşirqızının mərhum Əməkdar artist Tünzalə Əliyevanın qızı Zəhra üçün fond yaradılması təklifindən danışıb.

Yenilik.az xəbər verir ki, bu barədə o, instaqramda açıqlama yayıb. Aktrisa fonda yalnız aktyorların köməklik göstərəcəyini bildirib:

“Xalq artisti Afaq Bəşirqızı təklif irəli sürdü ki, Tünzalə Əliyeva üçün fond yaradılsın. Bunun xalqa aidiyyəti yoxdur. Fond incəsənət xadimləri, aktyorlar üçündür. Yalnız onlar ora pul yatıracaq ki, Zəhranın gələcəkdə zəmanəti olsun. Bu pulu böyüyəndə istəyər təhsilinə, ya da cehizinə xərcləyər.
Tamaşaçılar sağlığında Tünzaləyə yetərincə dəstək olub, həm müalicəsində, həm ev almasında”.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.