Yenilik.Az
www.Yenilik.Az » Maqazin » Aygün Kazımovaya doğum günü sürprizi

Aygün Kazımovaya doğum günü sürprizi

Aygün Kazımovaya doğum günü sürprizi
2023-01-26 , 09:10

Bu gün Xalq artisti Aygün Kazımovanın ad günüdür.

Yenilik.az xəbər verir ki, xalq artisti Faiq Ağayev və aparıcı Elgiz Əkbər Pop müğənniyə sürpriz edib. Onlar gecə yarısı Kazımovanın evinə yollanaraq, onun üçün hədiyyə aparıblar.
"Səhnəmizin divasını təbrik etmək istədim. Bilmirəm necə qarşılayacaq. Hər zaman təravətli olasınız. Sizin doğum gününüz hər dəfə xüsusi önəm daşıyır" deyə, Elgiz söyləyib.
Kazımova "Əsl sürprizdir, ev paltarında sizi qarşılayıram. Özəl bir ad günü olacaq. Konsert kimi bir proqram hazırlanıb" deyə, cavab verib.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.