Yenilik.Az
www.Yenilik.Az » Maqazin » Ebru Gündeş iraqlı sevgilisi ilə barışdı

Ebru Gündeş iraqlı sevgilisi ilə barışdı

Ebru Gündeş iraqlı sevgilisi ilə barışdı
2023-02-04 , 16:25

Müğənni Ebru Gündeş ötən aylarda ayrıldığı özündən 22 yaş kiçik, iraqlı sevgilisi Raşşan Koşnavla barışıb. 

Yenilik.azxəbər verir ki, cütlük Dubayda yenidən obyektivlərə tuş gəlib. Ebrunun istirahət üçün getdiyi ölkədə ikilinin barışdığı ortaya çıxıb.
Bundan başqa, cütlüyün niyə ayrılıq qərarı aldığı da bəlli olub. Belə ki, bu, Rassanın ailəsinin təkidi ilə baş verib. Onlar Ebru ilə Rassan arasındakı yaş fərqinə görə nikaha razı olmayıblar.
Deyilənlərə görə, onların ayrılıq səbəbi bildirildiyi kimi, Ebrunun gərgin iş rejimi deyilmiş. İş adamının ailəsi Gündeşlə evlənmək istəyən oğullarına etiraz ediblər. Bu da cütlük arasında narazılığa səbəb olub.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.