Rəhman Rəhmanov ikinci arvadından da boşandı: "Çıxdı getdi"

Əməkdar artist Rəhman Rəhmanov 28 illik həyat yoldaşı Gülbiçə Rəhmanovadan boşanıb.
Onun bu açıqlaması verilişin qonaqları tərəfindən təəccüblə qarşılanıb.
Əməkdar artist Kübra Əliyevanın "Heç o cür qadından boşanmaq olarmı?", sualına Rəhman Rəhmanov bu cür cavab verib: "Neyləyim. Hər şey bitdi, çıxdı getdi".
Gülbiçə Rəhmanova verilişlə əlaqə saxlayaraq, əməkdar artistə halallığını verdiyini bildirib.
Qeyd edək ki, Gülbiçə Rəhmanova əməkdar artist Rəhman Rəhmanovun ikinci həyat yoldaşı idi. Onun birinci həyat yoldaşından 4 övladı olub. Oğlu 27 yaşında dünyasını dəyişib. İkinci ailəsindən isə övladı olmayıb.