Yenilik.Az
www.Yenilik.Az » Maqazin » Cavanşir fəxri ad almış həmkarlarını BİABIR ETDİ

Cavanşir fəxri ad almış həmkarlarını BİABIR ETDİ

Cavanşir fəxri ad almış həmkarlarını BİABIR ETDİ
2023-02-04 , 15:16

“Mahnının sözləri, aranjimanı düz deyil. Yeni nəsil də eşidəndə o cür səhv oxuyacaq”.

Yenilik.az xəbər verir ki, bu sözləri əməkdar artist Cavanşir Məmmədov “Şou xəbər” verilişinə müsahibəsində deyib.

Sənətkar fəxri adı olan həmkarlarının oxuduqları mahnılardakı bir sıra səhvlərə diqqət çəkib:

“Deyir ki, “Bülbüllər gəzər bağı, yar gələr süzər bağı”. Bu sözlərdən siz nə başa düşdünüz? Bülbül bağı gəzə bilər? “Bülbüllər süzər bağı, yar gələr gəzər bağı” olmalıdır. Əgər sən Əməkdar və ya Xalq artisti bu mahnını efirdəbu cür səhv formada oxuyursansa, mən daha sənə nə deyim?

Hamı professor olub. Professorun özünün tədrisə ehtiyacı var. Gəlsin, deyim ona nə lazımdır! Sən professor kimi yox, tələbə kimi oxuyursan. Sən gətir quru kağızı göstər, istedadın olmasa  da, de ki, professorsan... Hansı mövzu üzərində professorluğu müdafiə etmisən? De görüm! “Zabul segahı” ilə “Segah zabul”un yerini səhv salır bu insan. Bu necə professordur? Xalq artisti bunu bilmir amma qarmon ifaçısı, 40 il oxuyan Cavanşir Məmmədov bilir. Daha nə deyəsən? Orta nəsil bunu bildi ki, gələcək nəsil də bilsin?”  

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.