Gülyanaqdan bacısı Gülyaza efirdə gözlənilməz SÜRPRİZ

“Səs Azərbaycan: Doğma nəğmələr” mahnı yarışmasında gözlənilməz hadisə yaşanıb.
Gülyanaq üzünü ağ torlu “şleyf” altında gizlədərək, “Aldatmayaq bir-birimizi” mahnısını səsləndirib.
Bacısının səsini eşidən Gülyaz kövrələrək Gülyanağın yanına səhnəyə gedib.
Həmin anları sosial şəbəkə hesabında paylaşan Gülyanaq, yaşadığı hissləri bu sözlərlə ifadə edib:
“Zəng edirəm, Gülyanaq deyir, həkimdədir, özünü yaxşı hiss etmir, danışa bilmir. Çox narahat qaldım. Seçimlər başladı. Onun səsini bənzətdim, düşündüm ki, yəqin hansımızınsa tələbəsidir. Hər halda bizi yamsılayır. Döndüm ki, qarşımda Gülüm. Hamımız üçün gözəl gün, gözəl an oldu”.