İzləyicisi ABŞ-a köçən Güneli ƏLƏ SALDI – FOTO

Bir neçə ildir ki, ABŞ-a köçüb orada artıq ikinci dəfə ailə quran keçmiş teleaparıcı Günel Musəvi sosial şəbəkədə izləyicisi ilə "toqquşub".
Yenilik.az xəbər verir ki, “Love_the_life79” adlı sosial şəbəkə istifadəçisinin keçmiş teleaparıcının videosunun altında yazdığı “Günel səni Bakıda olanda izləyirdim, amma kökəlmisən, sənə yaraşmır. Çalış əvvəlki çəkinə qayıt. Məncə bacararsan” şərhinə Musəvinin cavabı belə olub:
“Buna oxşar sözlər yazanlar var. Məncə insanı bədən formasına qiymət vermək çox böyük həqarətdir, mənə yox, sizin öz düşüncənizə. Məni 20 yaşında görməyə alışanlar indi məni 40 yaşımda görüb, fərqli göründüyümə irad tuturlar. Amma nə olsa da, mən təbii qalmışam. Hələ nə filter, nə botoks, nə “lipo”, nə də başqa işgəncəli əməliyyatlara girməmişəm. Sizə deyim, çəkimlə heç bir problemim yoxdur. Düz yazdınız xanım, istəsəm bacararam. Amma çox da bunu istəmirəm. Yaşayıb, həyatdan zövq alıram. Özümü kiməsə bəyəndirib, kiminsə gözləntilərini doğrultmaya çalışmıram. Dünyada arıq, gözəl bədəni əldə etmək üçün həyatlarını riskə atan, hər ağrıya dözüb, bıçaq altına girən qadınların sayı çoxalıb. Mən onların sırasında deyiləm və inanmıram da olum. Mən buyam. Bir az toppuş, gözəl və xoşbəxt qadınam!”
Xatırladaq ki, G.Musəvi ikinci dəfə ötən ilin mayında Endi Krişnan adlı Hindistan vətəndaşı ilə ailə qurub. Onun ilk nikahından bir qız, ikinci evliliyindən isə artıq bir oğul övladı var.



