Hüseyn Məhəmmədoğlu TikToka görə hüquq-mühafizə orqanlarına müraciət etdi

"Bir çox insan sosial şəbəkədən istifadə edir. Etikadan kənar hərəkət etmirik ki, bizə baxan analar, bacılar var. Son zamanlar TikTok-da gənclərin əksəriyyəti bir-birini söyür, təhqir edir və alçaldıcı hərəkətlər edir".
"Mənim də orada profilim var. Açanda bəzən elə söyüşlər eşidirsən ki... Bu, bizim gələcək nəslin tərbiyəsinə pis təsir edir. Üzümü tuturam aidiyyatı qrumlara - bu barədə bir ölçü götürəsiniz. Azərbaycan vətəndaşı, tanınmış musiqiçi kimi xahiş edirəm, bunun qarşısını alasınız. Bu, yeni nəslə pis örnəkdir. Müəyyən tədbir görməyinizi xahiş edirəm. Gənclərə də deyirəm ki, buna son qoyun. Bu sosial şəbəkəni işlədən qohumlarımız, analar, bacalar da var. Çox ayıbdır. Bu, bizim Azərbaycan xalqına yaraşmayan addımdır".
OXŞAR XƏBƏRLƏR