Yenilik.Az
www.Yenilik.Az » Maqazin » MƏLEYKƏ ƏSƏDOVANIN YAŞI HAMINI TƏƏCCÜBLƏNDİRDİ-VİDEO

MƏLEYKƏ ƏSƏDOVANIN YAŞI HAMINI TƏƏCCÜBLƏNDİRDİ-VİDEO

MƏLEYKƏ ƏSƏDOVANIN YAŞI HAMINI TƏƏCCÜBLƏNDİRDİ-VİDEO
2020-04-23 , 20:14

“Doğulduğum, yaşadığım, nəfəs aldığım, sənətim, yediyim çörəyim, dostlarım və tamaşaçılarım üçün Allaha şükür edirəm. Allah bu yaşı mənə qismət etdi. Heç zaman yaşımı gizlətməmişəm. 53 yaşımla fəxr edirəm. Allah mənə qocalığı da nəsib etsin. 31 ildir Azərbaycan xalqına xidmət edirəm, eyni tamaşaçı alqışı və sevgisi görürəm”.



Yenilik.az xəbər verir ki, bu sözləri Xalq artisti Məleykə Əsədova “ATV səhər” proqramına “Skype” vasitəsi ilə qoşularkən deyib.

Bu gün 53 yaşını qeyd edən aktrisa gözünün ağı-qarası, yeganə qızı Gülərin onun üçün ilk dəfə tort bişirdiyini açıqlayıb:


“1967-ci ildə yağışlı bir gündə dünyaya gəlmişəm. Anam deyirdi ki, yağış yağanda səni sel gətirib. Canım sağ olsun, yeni obrazlar yaradım. Ən böyük arzum qızımın toyunu görmək, nəvələrimi qucağıma almaqdır. Qoy gecə saat 12-də nəvələrim məni təbrik etsin! O günləri görmək istəyirəm. Məni Məleykə Əsədova edən tamaşaçı alqışı əskik olmasın.
[frame=//player.bax.tv/99792.html]

İnanın, pərəstişkarlarımın əksəriyyəti bayıra çıxa bilmir deyə, evlərində şamlarla adımı yazıb fotolarını mənə göndərirlər. Ad günümü evlərində qeyd edirlər. Sağ olsunlar! Bundan böyük aktrisa üçün hədiyyə nə ola bilər ki? Qızım isə mənim üçün maraqlı ürək sözlərini yazıb və ilk dəfə tort bişirib. Çox xoşbəxtəm!”Oxu.az

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.