Yenilik.Az
www.Yenilik.Az » Maqazin » “Döyülmək, söyülmək, təhqir olunmaq istəyir” – Əməkdar artistdən qalmaqallı sözlər

“Döyülmək, söyülmək, təhqir olunmaq istəyir” – Əməkdar artistdən qalmaqallı sözlər

“Döyülmək, söyülmək, təhqir olunmaq istəyir” – Əməkdar artistdən qalmaqallı sözlər
2020-05-08 , 14:11

Əməkdar artist Mehriban Xanlarova AzTV-də yayımlanan “Çıxışa doğru” proqramında qalmaqallı açıqlamaları ilə gündəmə gəlib.


Yenisabah.az xəbər verir ki, aktrisa qadına qarşı şiddətlə bağlı fikirlərini bölüşüb: “Elə yer var ki, qız 25 yaşı keçibsə, evdə qalmısan deyirlər. Niyə qalıb ki? Düzdü, problemin hamısını valideyinlərin üstünə yıxmaq lazım deyil. Ana var deyir ki, qızım, səni döyürlər, gəl, səni aparım evə. Amma övlad səni onların ayağına verir. Elə övladın dalınca niyə gedilməlidir? Deməli, o övlad döyülmək, söyülmək və təhqir olunmaq istəyir. Qoy onda əzabını çəksin. Bu gün bütün problemi kişilərin üstünə yıxırlar. Biz qadınlarda da günah var, bizdə höcətlik var".

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.