Yenilik.Az
www.Yenilik.Az » Maqazin » Əbülfəs Qarayevin qızının "seksual geyim" videosu

Əbülfəs Qarayevin qızının "seksual geyim" videosu

Əbülfəs Qarayevin qızının "seksual geyim" videosu
2020-05-12 , 01:06

Yenilik.az xəbər verir ki, Mədəniyyət naziri Əbülfəz Qarayevlə bağlı maraqlı xəbərlərin ardı-arası kəsilmir. Rəhbərlik etdiyi nazirlikdə müavini və idarə rəisi korrupsiya ilə məşğul olanda nazirin bundan xəbərsiz olduğuna inanmaq istəsək də bu Əbülfəs Qarayevin kasıb yaşamadığını düşünməyə əsas vermir.


Belə ki, 1994-cü ildən hökumətdə təmsil olunan Əbülfəs Qarayevin qızı Londonda yaşayıb, təhsil alıb, fəaliyyət göstərib. Hələ 2014-cü ildə onun qızı Suad Qarayeva "seksual geyim" videosu ilə Azərbaycan mediasının gündəmini zəbt edib. O zaman ilk olaraq Qafqazinfo saytında belə bir xəbər yayılmışdı:

"Mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin Londonda yaşayan sənətşünas qızı Suad Qarayevanın maraqlı videosu yayılıb.

“Qafqazinfo” nun xəbərinə görə, "Dolce&Gabbana" brendindən aldığı bahalı libasından danışan Suad Qarayevanın videosunun müəllifi tanınmış ingilis rejissor Samuel Fouracredir. Libasını kamera önündə geyinməyə üstünlük verən Suad filmdə özü haqda bunları deyir: “Bu gördüyünüz libas mənim favorimdir. Xüsusi markanın xüsusi kolleksiyasından olan bu libas qadın, onun şəxsiyyəti barədə çox şey deyir. Bilirsiniz, kişilər belə geyimləri, seksual görünən qadınları sevirlər. Etiraf edim ki, bu, indiyədək aldığım ən bahalı geyimdir və onu hər dəfə geyinəndə özümü yaxşı hiss edirəm”.

Yenilik.az xəbər verir ki, sonradan Haqqin.az saytı mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin Londonda yaşayan sənətşünas qızı Suad Qarayevanın videosunu yayandan sonra naməlum şəxslər həmin videonu tələm-tələsik şəkildə bütün internet resurslarından silməyə başladılar."

Qeyd edək ki, Suad Qarayeva nazir Əbülfəs Qarayevin yeganə övladıdır. O, Londonun Ali İqtisadiyyat Məktəbinin Fəlsəfə və Dövlət Siyasəti üzrə magistraturasını bitirib. Daha sonra aparıcı investisiya banklarında maliyyəçi vəzifələrində işləyərək uğurlu karyera qurmağa nail olub. Bunun ardınca Suad Qarayeva Mərkəzi Sent-Martin Kollecində müasir incəsənəti tədqiq etməklə və sonradan Qlazqo Universitetində Kristis Təhsil Proqramı üzrə Aktual və Müasir İncəsənət üzrə magistr dərəcəsini almaqla incəsənət aləminə qədəm basıb. Hazırda Londonda yaşayan S.Qarayeva bu şəhərdəki məşhur “Sotheby's” Hərrac Evində layihə meneceri vəzifəsində işləyir.
[frame=//player.bax.tv/101306.html]

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.