Yenilik.Az
www.Yenilik.Az » Maqazin » "İş adamı güya bunların fanatıdır, bunlara hədiyyə göndərir" - VİDEO

"İş adamı güya bunların fanatıdır, bunlara hədiyyə göndərir" - VİDEO

2024-05-03 , 14:32

"İndiyə kimi efirdə olan zaman mənə hədiyyə göndərən olmayıb.  Elə bir hadisə heç vaxt olmayıb. Mənə hədiyyə göndərmək istəyən efirdə niyə göndərir? Bu sarkazmdır (kinayə, eyham - red.). İnsanlar bu dediyimi ciddi qəbul etməsinlər". 

Yenilik.az bizim.media-ya istinadən bildirir ki, bu sözləri müğənni Nura Suri qonaq olduğu "El canlı" verilişində deyib. 
Sənətçi bildirib ki, həmkarları özlərinə efirə hədiyyə göndərib adını isə "Bu hədiyyəni pərəstişkarım iş adamı göndərib" qoyur: 

"Bəzi müğənnilər özləri özlərinə efirə hədiyyə göndərtdirirlər. Sonra da deyirlər ki, adı çəkilmək istəməyən hansısa iş adamı güya bunların fanatıdır, bunlara hədiyyə göndərir. İndiki zamanda qardaş-bacıya, dost-dosta hədiyyə verməkdə çətinlik çəkir. Hansı iş adamıdır ki, müğənniyə hədiyyə göndərsin". 

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.